Mart 03, 2020 22:03 Asia/Baku
  • İranda koronavirusla mübarizə yolları araşdırılıb

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti və İranın səhiyyə naziri müavinin keçirdikləri görüşdə koronavirusun aşkar və müalicə edilməsi yolları araşdırılıb.

İranın səhiyyə nazirinin müavini Əlireza Rəisi bu gün Tehranda Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə görüşdən sonra deyib ki, qeyd olunan heyət və Çin ekspertləri koronavirus epidemiyası, onun profilaktikası və müalicəsi barədə bir çox texniki bəhslər aparıblar.

Rəisi əlavə edib: "Sərhədlər"məsələsi, profilaktika tərzi, izolyasiya, mənzildə xidmətlər və yeni dərmanların təqdimatı bu iclasda nəzərdən keçirilən məsələlərdən olubdur.

İRANDA KORONAVİRUSLA MÜBARİZƏ YOLLARI ARAŞDIRILIB

Teqlər