Mart 03, 2020 22:03 Asia/Baku
  • İran narkotik qaçaqmalçılığı ilə mübarizədə BMT ilə həmkarlığını davam etdirir

İranın narkomaddələrlə mübarizə qərargahının baş katibi Tehranın narkotik qaçaqmalçılığı ilə mübarizədə BMT ilə həmkarlığını vurğulayıb.

Eskəndər Momeni bu gün Vyanada BMT-nin narkotik maddələrə nəzarət üzrə beynəlxalq heyətinin sədri Yonger ilə görüşdə İranın narkomaddələrlə mübarizəyə sadiq qaldığını bildirib. O, narkotik vasitələrlə mübarizə və onların nəzarətə alınması sahəsində birgə təlim kurslarının keçirilməsini istəyib.

Momeni deyib: İranın Əfqanıstanla birgə sərhəd bölgələrində narkotik maddələr qaçaqmalçılığı silahlı hərəkətlər, insan oğurluğu, terrorizm və şər işlərlə yanaşıdır və bu məsələ İranın Əfqanıstanla müştərək şərq sərhədləri boyunca Avropada və dünyanın digər nöqtələrində baş verənlərdən fəqlidir.

İranın narkomaddələrlə mübarizə qərargahının baş katibi həmçinin İranın şərq sərhədlərində iri həcmdə narkotik maddələrin aşkar edilməsinə işarə edərək, deyib: İran 2019-cu ildə dünya üzrə tiryək aşkar edilməsinin 76, mofrinin üzə çıxarılmasının 67 və heroin tapılmasının 17 faizinə malik olubdur.

BMT-nin narkotik maddələrə nəzarət üzrə beynəlxalq heyətinin sədri də İranın narkotik vasitələrlə mübarizə sahəsindəki həmkarlığına görə, təşəkkür edərək, Əfqanıstanda bu maddələrin istehsalı və qaçaqmalçılığının artmasından nigarançılıq edibdir.

İRAN NARKOMADDƏLƏRLƏ MÜBARİZƏNİ DAVAM ETDİRİR

Teqlər