Mart 05, 2020 08:50 Asia/Baku
  • Zərif və Borrel koronavirusla mübarizə barədə məşvərət ediblər

İranın xarici işlər naziri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bir telefon söhbətində koronavirusla mübarizə barədə məşvərət ediblər.

Məhəmməd Cavad Zərif və Cozep Borrel dünən gecə bir telefon bağlantısında dünyada koronavirus epidemiyası və İranın addımları; nüvə anlaşmasının icrası ilə bağlı son olaylar, eləcə də MAQATE-nin son məqsədyönlü hesabatı ətrafında fikir mübadiləsi aparıblar.

Zərif həmçinin dünyada koronavirus epidemiyasının ardınca dünən axşamçağı Avstriyanın xarici işlər naziri Aleksandr Şalenberq, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi, İsveçrənin xarici işlər naziri  İqnazio Kassis, Rusiyanın xarici işlər naziri  Sergey Lavrov və Norveçin xarici işlər naziri  İne Erikssen Suride ilə telefonla söhbət edib, fikir mübadiləsi aparıbdır.

KOVİD-19(COVID-19) virusu ilk dəfə Çinin Uhan şəhərində və 2019-cu ilin sonlarında aşkar edilib.

Bu virus Çinin 30 əyalətindən əlavə, 81 ölkəyə yayılıbdır.

 

ZƏRİF XARİCİ RƏSMİLƏRLƏ MƏŞVƏRƏTLƏR EDİB

Teqlər