Mart 05, 2020 19:28 Asia/Baku
  • İranda koronavirusa yoluxanlardan 700-dən çox insan sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 739 nəfər sağalıb və xəstəxanalardan tərxis olunubdur.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə 3513 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, indiyədək 107 nəfər bu virusa yoluxma nəticəsində həyatını itiribdir.

Koronavirus epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərindən başlanıb.

Bu virus indiyə kimi Çinin 30 əyalətindən əlavə, 86 ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada 96 min nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan 53 min nəfərdən çox insan sağalıb, 3288 nəfər isə vəfat edibdir.

 

İRANDA "COVID-19"A YOLUXANLARDAN 739 NƏFƏR SAĞALIB

Teqlər