Mart 26, 2020 18:55 Asia/Baku
  • İranda 10 min nəfərdən çox koronaviruslu xəstə sağalıb
    İranda 10 min nəfərdən çox koronaviruslu xəstə sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 10457 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə 29406 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, ötən sutka ərzində 157 koronaviruslu xəstənin vəfat etməsilə İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 2234 nəfərə çatıb.

Cəhanpour sonra deyib: İndiyədək İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsində 50 milyon nəfərdən çox insan dispanserləşdirilibdir.

Həmçinin İranda koronavirusun idarə olunması üzrə milli qərargah bir məlumatda bildirib: Xəstəliyin ötürülməsi halqasının sındırılmasına kömək məqsədilə ictimai məsafəyaratmanın gücləndirilməsi planı ölkə səviyyəsində qeyri-zəruri gediş-gəlişlərin götürülməsi və toplantıların keçirilməməsi və təmasların azaldılması yönündə sabah səhər tezdən aprelin 3-dək icra olunacaq.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA COVID-19-DAN 10 MİN NƏFƏRDƏN ÇOX İNSAN SAĞALIB

Teqlər