Mart 28, 2020 08:36 Asia/Baku
  • İran nümayəndəsi BMT-nin səylərinə ümid bəslədiyini bildirib
    İran nümayəndəsi BMT-nin səylərinə ümid bəslədiyini bildirib

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi İranın koronavirusla mübarizə üzrə diplomatik ciddi-cəhdlərinə toxunub. Ümidvarlıq edib ki, bu təşkilatın baş katibi Antonio Quterreşin koronavirusla daha yaxşı mübarizə aparmaq üçün Amerikanın qanunsuz sanksiyalarının qaldırılması üzrə səyləri nəticə verəcək.

Məcid Təxte Rəvançi BMT-də yerləşən iranlı müxbirlərlə müsahibədə vurğulayıb ki, İran tibbi və əlaqədar avadanlıqlar baxımından yaxşı səviyyədədir. Xatırladıb ki, Amerikanın zalımcasına sanksiyaları İranın koronavirusla mübarizə üçün özünün bütün imkanlarından istifadə edə bilməməsinə bais olubdur.

Koronavirusla mübarizənin müntəzəm beynəlxalq addımlar tələb etdiyini xatırladan Təxte Rəvançi deyib ki, İrana qarşı sanksiyalar bütün bəşəriyyəti hücuma məruz qoyur.

Təxte Rəvançi sonra söyləyib: Bir ölkənin imkanlarından istifadə olunmasına haqsıcasına, zalımcasına və ədalətsiz şəkildə icazə verilməyəndə, yalnız bir və ya iki ölkə zərbə almır; bu zaman bütün dünya ictimaiyyəti həmin hərəkətlərdən ziyan çəkir.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi İrana qarşı sanksiyalrın götürülməsi üçün səkkiz ölkənin BMT baş katibinə ünvanladığı son məktuba da toxunub. Qeyd edib ki, Amerikanın birtərəfli sanksiyaları ölkələrin koronavirusla mübarizəsi üçün ən yaxşı tərzdə addım atmalarının qarşısını alır.

Koronavirus pandemiyasına və onunla mübarizə vacibliyinə görə, Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının aradan qaldırılması üzrə beynəlxalq tələb və təzyiqlərə rəğmən, Vaşinqton hələ də özünün insanlığa sığmayan rəftarının davam etməsinə təkid edir.

Bu istiqamətdə Amerikanın maliyyə nazirliyi martın 26-da İranla əlaqədar olan şəxslər və orqanlara qarşı yeni sanksiyaların tətbiq edilməsindən xəbər verdi.

Tramp hökuməti əslində İran xalqına qarşı iqtisadi terrorizm ilə yanaşı, tibbi terrorizmi tətbiq edir və bu prosesi davam etdirməklə bəşəriyyətə qarşı cinayət törətmiş olur.

İRAN BMT-NİN SƏYLƏRİNƏ ÜMİD EDİR

Teqlər