Mart 29, 2020 18:03 Asia/Baku
  • İranda 12 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
    İranda 12 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 12 min 391 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə 38 min 309 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, ötən sutka ərzində 123 koronaviruslu xəstənin vəfat etməsilə İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 2640 nəfərə çatıb.

Cəhanpour sonra deyib: İndiyədək İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsində 50 milyon nəfərdən çox insan dispanserləşdirilibdir.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA COVID-19-DAN 12 MİN NƏFƏRDƏN ÇOX XƏSTƏ SAĞALIB

Teqlər