Mart 31, 2020 09:12 Asia/Baku
  • İran Qarabağ münaqişəsinin dinc həlli vacibliyini vurğulayıb
    İran Qarabağ münaqişəsinin dinc həlli vacibliyini vurğulayıb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü münaqişəli Qarabağ bölgəsində seçkilərin keçirilməsi haqda deyib ki, İran regionda gərginlik və ixtilafın şiddətlənməsinə səbəb olacaq hər cür hərəkətə qarşıdır.

Seyyed Əbbas Mousəvi Dağlıq Qarabağ adlı coğrafi hüdudlarda seçkilərin keçirilməsinə toxunaraq, deyib: Tehran bu qənaətdədir ki, İranla qonşu olan iki ölkə, yəni Azərbaycan Respublikası ilə Ermənistan arasında ixtilafların həlli yolunu daha da çətinləşdirən və mürəkkəbləşdirən hər bir addımdan çəkinmək lazımdır.

Mousəvi sonda Qarabağ münaqişəsinin beynəlxalq prinsip və qanunlar çərçivəsində dinc yolla həll edilməsi zərurətinə təkid edib.

Qeyd edək ki, bu gün Dağlıq Qarabağ bölgəsində prezident və parlament seçkiləri keçirilməlidir.