Mart 31, 2020 19:58 Asia/Baku
  • Amerikanın İraqdakı hər cür hərbi addımı İŞİD-in hücumu kimidir
    Amerikanın İraqdakı hər cür hərbi addımı İŞİD-in hücumu kimidir

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının katibi Mohsen Rezayi bu gün öz tvitter hesabında vurğulayıb ki, dövlət və ya qrup formasında terror və təcavüzün fərqi yoxdur. O, təkid edib ki, amerikalılar İraqdan çıxsınlar, yoxsa İraq xalqı onları qovacaq.

Amerikanın İraqdakı qüvvə köçürmə kimi şübhəli hərəkətləri və Vaşinqtonun Əlhəşduşşəbi və digər müqavimət qruplarından bəzilərini hədəfə almaq üzrə səyləri barədəki xəbərlərin ardınca İraqda Amerikanın özbaşına hərəkətləri barədə ciddi nigarançılıqlar yaranıbdır. Eyni zamanda, İraqdakı bəzi müqavimət qrupları bildiriblər ki, Amerikanın bu şübhəli hərəkətləri qarşısında susmayacaq və ona cavab verəcəklər.

Bəzi məlumatlar Amerikanın yeni hərbi hərəkətlərini İraqda Ağ Ev-in siyasətlərinin xeyrinə, siyasi münasibəti dəyişdirmək üzrə təzyiqin tətbiqi, həmçinin ehtimal üzrə hərbi çevriliş ilə bağlı biliblər.

Frans-Press dünən gecə ifşa edərək bildirib ki, Amerika İraqın Ələnbar vilayətindəki Əynuləsəd və Ərbildəki hərbi bazalarında «Patriot» raket sistelərini yerləşdirib.

Bu dəyişikliklər elə bir halda baş verir ki, Amerikanın başçılığı altında olan anti-İŞİD adlı beynəlxalq koalisiya bazar günü öz qüvvələrinin İraqın şimalında yerləşən Kərkük şəhərindəki «K-1» bazasından çıxmalarından və onların təchizatlarının İraqın təhlükəsizlik qüvvələrinə tapşırılmasından xəbər verdi.

ABŞ-IN İRAQDAKI HƏRBİ ADDIMI İŞİD-İN HÜCUMU KİMİDİR

Teqlər