Mart 31, 2020 20:15 Asia/Baku
  • İranda koronavirusdan sağalanların sayı 14656 nəfərə çatıb
    İranda koronavirusdan sağalanların sayı 14656 nəfərə çatıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 14656 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə 44606 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki,  təəssüflə, ötən sutka ərzində 141 koronavirus xəstəsi vəfat edib və İranda bu xəstəlikdən həyatını itirənlərin ümumi sayı 2898 nəfərə çatıb.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin deyib: İranda koronavirusla bağlı dispanserləşdirmə layihəsində iştirak 65 milyon nəfəri ötüb keçib.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilir.

İRANDA COVID-19-DAN 15 MİNƏ YAXIN İNSAN SAĞALIB