Apr 02, 2020 14:31 Asia/Baku
  • İran militaristləri yerlərində oturdacaq

İranın xarici işlər naziri ABŞ prezidentinə xitabən deyib: İran bir müharibəyə başlamayacaq, amma militaristləri yerlərində oturdacaq.

Məhəmməd Cavad Zərif bu gün bir tvitter mesajında Donald Trampın İrana qarşı son iddiasına reaksiyada yazıb: Cənab Tramp, bir daha həmişəki militaristlər tərəfindən yolunu azma, İranın dostları var və heç kəs milyonlarla «vasitəçi element»ə malik ola bilməz.

Zərif sonra bildirib: Yalan danışan, saxtakarlıq və terror edən Amerikanın əksinə olaraq, İran yalnız aşkar şəkildə özünümüdafiə əsasında hərəkət edir.

ABŞ prezidenti dünən tvitter-də heç bir fakt təqdim etmədən iddia edib ki. İran və ya onun vasitəçi qüvvələri Amerikanın İraqdakı qüvvələri və ya təsisatlarına qarşı qəfil hücuma keçmək üçün proqramlaşdırma aparmaqdadırlar. Tramp sonra təhdid edib ki, əgər belə olarsa, bu, İrana baha başa gələcəkdir.

İRAN MİLİTARİSTLƏRİ YERLƏRİNDƏ OTURDACAQ

 

 

Teqlər