Apr 06, 2020 19:58 Asia/Baku
  • Ruhani İnqilab Rəhbərinə təşəkkür edib
    Ruhani İnqilab Rəhbərinə təşəkkür edib

İran İslam Respublikasının prezidenti ölkədə koronavirus pandemiyasından irəli gələn nəticələrin idarə olunması və bu infeksiya ilə mübarizə üçün İranın Milli İnkişaf Fondunun ehtiyatlarından bir milyard avronun götürülməsi xahişi ilə razılaşdıqlarına görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə minnətdarlıq edib.

Həsən Ruhani həmçinin vitse-prezident və İranın Plan-Büdcə Təşkilatının sədri Mohəmməd Baqer Noubəxtə yazdığı məktubda belə göstəriş verib: İranın Səhiyyə Nazirliyinin ehtiyacları Milli İnkişaf Fondunun ehtiyatlarından təmin edilsin və imkan daxilində daxili məhsullardan və startap şirkətlərin məhsullarından istifadə olunsun.

RUHANİ İNQİLAB RƏHBƏRİNƏ TƏŞƏKKÜR EDİB

Teqlər