Apr 09, 2020 15:40 Asia/Baku
  • İranda 32 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 32 min 309 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: İndiyədək İranda 66 min nəfərdən çox insan qəti şəkildə koronavirusa yoluxubdur ki, ötən sutka ərzində 117 koronaviruslu xəstənin vəfat etməsilə bu xəstəlikdən həyatını itirənlərin sayı 4110 nəfərə çatıbdır.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA 32 MİNDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIB