Apr 09, 2020 19:52 Asia/Baku
  • BVF beynəlxalq öhdəliklərə əməl etsin

İran İslam Respublikasının prezidenti deyib ki, Beynəlxalq Valyuta Fondu İran xalqının düşmənlərindən təsirlənməyərək, beynəlxalq öhdəliklərlə bağlı vəzifəsinə əməl etməlidir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün İranın Mərkəzi Bankının müdiri Əbdulnasir Hemməti ilə telefon söhbətində Beynəlxalq Valyuta Fondundan kredit xahişi prosesi barədə məlumat alıb, İran ilə digər ölkələr arasında hər cür ayrı-seçkiliyin rədd olunmasını vurğulayıb.

Hemməti də atılmış addımları şərh edib. Bildirib ki, İranın ərizəsi Beynəlxalq Valyuta Fondunun icra heyətində layihə mərhələsindədir.

BVF BEYNƏLXALQ ÖHDƏLİKLƏRƏ ƏMƏL ETSİN