Apr 26, 2020 07:22 Asia/Baku
  • Düşməndən qorxmamaq və onun qarşısında möhkəm dayanmaq Quranın göstərişlərindəndir
    Düşməndən qorxmamaq və onun qarşısında möhkəm dayanmaq Quranın göstərişlərindəndir

İslam İnqilabının Böyük Rəhbəri düşməndən qorxmamaq və onun qarşısında möhkəm dayanmağı Quranın göstərişlərindən adlandırıblar. Vurğulayıblar ki, bəzi islami hökumətlərin bugünkü vəziyyətləri və zalım güclər tərəfindən təhqir olunmaları onların İslam düşmənlərindən qorxmalarının nəticəsidir.

Dünən mübarək Ramazan ayının ilk günündə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin iştirakı ilə Tehrandakı İmam Xomeyni(r.ə.) adına müsəlla ilə canlı təsvirli əlaqə formasında Qurani-Kərimlə ünsiyyət mərasimi keçirilib və Qurani-Kərim qiraətçiləri nur ayələrini qiraət ediblər.

Həzrət Ayətullahuluzma Xamenei bu mərasimdə bəşəriyyətin zülm, ayrı-seçkilik, müharibə, əmin-amansızlıq və dəyələrin tapdanmasından yeganə nicat yolu, həmçinin təhlükəsizlik, sağlamlıq və asayişin hakim kəsilməsini/ Quranın mühüm göstərişlərinə əməl etmək adlandırıb və belə deyiblər: Quranın əsas göstərişlərindən biri, həyatda qaydaların yaradılması tərzidir; əgər qayda yaratmaq qüdrət, pul və şəhvətə əsaslanarsa, insan gerçək və axirət dünyası həyatından qismətsiz qalacaq, yox əgər insanlar dünyada öz həyatlarının əsaslarını yaxşılıq və xeyirxahlıq üzərində qurarlarsa, dünyəvi mənafelərdən əlavə, mütləq həyatın gerçək və həqiqi məqsədlərinə də çatacaqlar.

İslam İnqilabının Böyük Rəhbəri Quran ayələrinin digər bir hissəsinə əməl etməyin və onun mühüm göstərişlərinin ictimai münasibətlərin tənziminə səbəb olduğunu bildirib və belə söyləyiblər: Bu göstərişlərdən «cəmiyyətdə qeybətdən çəkinmə»yə və «və hətta müxaliflər və düşmənlər qarşısında belə insafa riayət»ə işarə etmək olar.

O həzrət «əminliyin mövcud olmadığı məsələlərin ardınca getməməy»i Quranın göstərişlərindən/ və dünyada rəvac tapmış jurnalizmin problemlərindən birini, bu göstərişə əməl etməmək, şayiə yaymaq və xəbər düzəltməyə səy adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei «zalımlara etimad və təmayüldən çəkinmə», «həyatda ödəniş, ədalət və insaf»a riayət» və «əmanətə xəyanət etməməy»i İslamın digər göstərişlərindən adlandırıb və belə vurğulayıblar: Amerikadan qorxma acı nəticələr verəcək və biz ötən illərdə bəzi hökumətlərdə müşahidə etdik ki, Amerikadan qorxma onları necə çətin problemlərə düçar etdi.

İslam İnqilabının Böyük Rəhbəri «Allaha diqqət və onu yad etmək üçün namaz qılmaq» və «xüsusən mübarək Ramazan ayı günlərində tövbə etmək və Allah-Taaladan əfv və bağışlanma diləməy»in ruh yüksəkliyinə zəmin yaratdığını bildirib və sözlərinin sonunda ümidvarlıq ediblər ki, xalq təbəqələri, müsəlmanlar və xüsusən islami hökumət və məsul şəxslər Quranın mühüm göstərişlərinə əməl etməyə müvəffəq olacaqlar, zira onlar problemlərin müalicəsi üzrə bir reseptidir.

DÜŞMƏNDƏN QORXMAMAQ, QURANIN GÖSTƏRİŞLƏRİNDƏNDİR

Teqlər