Apr 29, 2020 10:39 Asia/Baku
  • İran narkotik maddələrə qarşı mübarizədə lider ölkədir

İran İslam Respublikası narkotik maddələrə qarşı keçirilən əməliyyatlara görə dünyada 1-ci yerdədir

İranın Narkotiklərlə Mübarizə Komitəsinin Baş katibi, polis general-mayoru İsgəndər Mömini ölkəsinin narkotiklərə qarşı fəal mübarizəsi barədə jurnalistlərə açıqlama verib.

O, açıqlamasında vurğulayıb ki, İran İslam Respublikası sanksiyalara baxmayaraq dünyada narkotiklərin ələ keçirilməsi ilə bağlı apardığı əməliyyatlara görə dünyada birincidir.

Generalın sözlərinə görə, ötən il İranda 950 ton narkotik ələ keçirilib və bu əməliyyatlar əsasən sərhəd bölgələrində baş tutub.

Mömini qeyd edib ki, bu gün narkotik maddələrin dövriyyəsində əsasən ABŞ və bəzi qərb dövlətləri xüsusi ilə maraqlıdırlar.

Teqlər