May 12, 2020 07:54 Asia/Baku
  • Ruhani bir qrup dənizçinin şəhadəti münasibətilə başsağlığı verib

İran prezidenti bir müraciətdə İran İslam Respublikası Ordusunun dəniz qüvvələrindən bir qrupunun şəhadəti münasibətilə başsağlığı verib.

İran prezidenti Həsən Ruhani bu gün İran İslam Respublikası Ordusunun baş komandanı general-mayor Seyyed Əbdorrəhim Mousəviyə müraciətdə ölkənin müdafiə hazırlığının gücləndirilməsi, qorunması və milli təhlükəsilziyin artırılması istiqamətində dəniz təlim-məşqinin keçirilməsi zamanı ordu qüvvələrindən bir qrupunun şəhadəti münasibətilə başsağlığı verib və hadisədə bədən xəsarətləri alanların tez bir zamanda sağalmalarını arzu edibdir.

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının ictimai əlaqələr şöbəsi bildirib ki, «Konarək» tipli yüngül himayə qayığı Cask və Çabəhar sularında dəniz təlim-məşqi keçərkən qəzaya uğrayıb. Hadisədə 19 nəfər şəhid olub, 15 nəfər isə yaralanıbdır.

Bu orqan ordunun dəniz qoşunlarının fədakar işçilərinin müdafiə hazırlıqları və şəhadətsevər əhval-ruhiyyələrinə təkidlə belə qeyd edib: Hadisə yerində olan ekspert qruplarının dəqiq araşdırmalarınadək bu barədə hər cür təxminlərdən çəkiniləcəyinə ümid edilir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor Hoseyn Səlami, İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də ayrı-ayrı müraciətlərdə ordunun dəniz qüvvələrindən bir qrupunun şəhadəti münasibətilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanına və şəhidlərin ailələrinə başsağlığı veriblər.

RUHANİ BİR QRUP DƏNİZÇİNİN ŞƏHADƏTİ MÜNASİBƏTİLƏ BAŞSAĞLIĞI VERİB

Teqlər