May 17, 2020 13:10 Asia/Baku
  • Tələbələrin İnqilab Rəhbəri ilə görüşü

Tələbələrdən bir qrupu Böyük Rəhbər ilə bu gün video-konfrans formasında görüşəcək.

SəhərAzəri xəbər verir,Tələbələrdən və tələbə qurumlarının üzvlərindən bir qrupunun İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə görüşü bu gün video-konfrans formasında keçiriləcək.

Koronavirusla Milli Mübarizə Qərargahının toplantıların keçirilməməsinə dair səhiyyə təlimatlarına əsasən, bu ilin Ramazan ayının görüşü video-konfrans formasında keçiriləcək və bir qrup tələbə, tələbə qurumlarının adından İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə söhbət edəcək.

Teqlər