May 21, 2020 09:38 Asia/Baku
  • İran ABŞ-ın son təhdidləri ilə əlaqədar Beynəlxalq Dənizçilik Təşkilatına muraciət edib

İran İslam Respublikasının Londondakı səfiri Beynəlxalq Dənizçilik Təşkilatına məktubda İran tankerlərinin ABŞ tərəfindən hədələnməsindən xəbər verib.

SaharAzeri xəbər verir: İran İslam Respublikasının Londondakı səfiri Həmid Bəidinejad dünən bu məktubda İran tankerləri barədə yayılan məlumatlardan öz dərin nigarançılığını ifadə edib. Həmin məlumtalara görə, Amerika beynəlxalq sularda İran tankerlərinə qarşı addım atmaq və beynəlxalq nəqliyyatın təhlükəsizliyini pozmaq niyyətindədir.

Bəidinejad bildirib ki, İran hər hansı bir təhdidə cavab verəcək və bunun hər cür nəticəsi ilə bağlı məsuliyyət Amerikanın üzərinə düşəcəkdir.

Sanksiya altında olan iki oyunçu kimi Tehran-Karakas əlqələrinin dərinlədirilməsi son günlər Ağ Ev-in qorxusu və nigarançılığını artırıbdır və İran yanacağını daşıyan tankerlərin Venesuela istiqamətinə hərəkətindən sonra Vaşinqton Karaib dənizinə hərbi qüvvə göndərib.

Amerikanın İran yanacağını daşıyan tankerlərə maneçilik törətmək məqsədli bu hərəkəti İran İslam Respublikasının rəsmi şəxslərinin reaksiyası ilə üzləşibdir. Belə ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antonio Quterreşə məktubda Amerikanın təhrikedici, təhlükəli və qanunsuz təhdidlərini bir növ dəniz quldurluğu, həmçinin beynəlxalq sülh və təhlükəsizlik üçün böyük bir təhlükə adlandırıb və vurğulayıb ki, Amerika beynəxalq sahədə zorakılıqdan əl çəkməli və beynəlxalq qanunların hakimiyyətinə, xüsusən azad sularda gəmiçiliyə hörmət etməlidir.

 

Teqlər