May 24, 2020 15:47 Asia/Baku
  • İran və Türkiyə hava sərhədlərinin açılması müzakirə edilib

Bu gün İran İslam Respublikası Prezidenti Həsən Ruhani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  koronavirus pandemiyası şəraitində tibbi göstərişlərə riayət olunmaqla hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

SəhərAzəri xəbər verir, bu barədə İranın Prezident Aparatının saytı məlumat yayıb.

Prezidentlər ticarətin yenidən başlanmasını da müzakirə ediblər. R. T. Ərdoğan bununla əlaqədar müvafiq təlimatların hazırlandığını nəzərə çatdırıb. Türkiyə və İran prezidentləri koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini də vacib sayıblar.

Teqlər