May 26, 2020 07:43 Asia/Baku
  • Zərif Livanın cənubunun azad olunmasının ildönümü gününü təbrik edib

İranın xarici işlər naziri Livanın cənubunun müqavimət gəncləri tərəfindən təcavüzkar sionist rejim qüvvələrindən təmizlənməsi üzrə qalibiyyətli azadlığının ildönümü günü və müqavimət bayramını təbrik edib.

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Livanın xarici işlər naziri Nassif Hitti-yə və Hizbullah-ın baş katibi Seyyid Həsən Nəsrullaha göndərdiyi ayrı-ayrı müraciətlərdə müqavimət bayramını təbrik edərək, Livanın hökuməti, xalqı, həmçinin müqavimət şəhidləri və əlillərinin ailələrinə izzət və başıucalıq arzu edibdir.

Zərif bu müraciətlərdə Livan xalqı, hökuməti və ordusunun müqavimət-lə birliyini sionist düşmənə qarşı qələbələrin rəmzi adlandırıb.

Sionist rejim 2000-ci il mayın 25-də hərbi imkanlara malik olmuş olsa da Livanın müqavimət qüvvələri qarşısında təslim olaraq, Livanın cənubundan qaçmağa məcbur oldu.

Livan xalqı hər il sionist rejimin sonuncu hərbçisinin Livanın cənubundan qaçmasının ildönümü gününü müqavimət və qələbə günü kimi qeyd edir.

 

Teqlər