May 29, 2020 12:42 Asia/Baku
  • Fars Körfəzi əmin-aman olarsa, bütün region bəhrələnər.

İranın müdafiə naziri deyib: Fars Körfəzi bölgəsi əmin-aman olarsa, bütün region ölkələri bu təhlükəsilzikdən bəhrələnəcəklər; yox əgər Fars Körfəzi əmin-aman olmazsa, o, bütün region ölkələri üçün təhlükəli olacaqdır.

SəhərAzəri xəbər verir,İranın müdafiə naziri Əmir Hatəmi Bəndər-Abbasda “Səba” tipli minavuran hərbi qayığın və “Dena” tipli destroyerin düzəldilmələri və təchiz edilmələrinin yekun etaparını nəzərdən keçirərkən sonra belə deyib: Fars Körfəzi hövzəsinin ölkələri bu bölgənin təhlükəsizliyinin təmini və bərqərarında məsuliyyət daşıyırlar və bölgəyə daxil olması üçün qonşular tərəfindən Amerikaya icazənin verilməsi strateji bir səhvdir.

İranın müdafiə naziri söyləyib: Bir əsrə yaxın təcrübə göstərir ki, əcnəbilər daima Fars Körfəzində təhlükəsizlik yaratmaq bəhanəsilə bu bölgədə təhlükə və böhran amili olublar. Onlar İranofobiya və Fars Körfəzi bölgəsində böhran, sonra da Fars Körfəzi hövzəsi ölkələri üçün təhlükəsizlik asılılığı yaratmaqla bölgədə öz bazalarını qoruyub saxlamaq və milyardlarla dollar silah satmaq niyyətindədirlər.

General Hatəmi bildirib ki, İranın dəniz qüvvələri İran sularının qorunması sahəsində öz güclü mövqeyini təsbit edib və beynəlxalq sulardakı dəniz tapşırıqlarının yerinə yetirilməsində qüdrətlə iştirak edir. O, deyib: İranın dəniz qüvvələrinin qüdrətli iştirakı dənizlərdə terrorizmlə mübarizə məsələsində əminlikverən bir istinadgah kimi tanınır.

“Səba” tipli minavuran hərbi qayıq və “Dena” tipli destroyer İranın müdafiə nazirliyinin dəniz sənayesi təşkilatı tərəfindən düzəldilibdir.

Teqlər