May 30, 2020 19:39 Asia/Baku
  • İslam İnqilabının böyük rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) vəfatının ildünümü münasibətilə televiziyada çıxış edəcək

İslam İnqilabının böyük rəhbəri çərşənbə günü iyunun 3-ü İran İslam Respublikasının dahi banisi İmam Xomeyninin (r.ə) vəfatının 31-ci ildönümü münasibətilə medialar vasitəsilə canlı şəkildə çıxış edəcək.

SəhərAzəri xəbər verir, Həzrət İmam Xomeyninin Mərkəzi Anım Qərargahının katibi Məhəmməd Əli Ənsari şənbə günü bir açıqlamada bildirib ki, bu il koronavirusun yayılamsı səbəbindən İmam Xomeyninin (r.ə) vəfatının 31-ci ildönümü mərasimləri keçirilməyəcək. Onun sözlərinə görə, sözü gedən gün İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullahuluzma Xamenei teleradio kanalları vasitəsilə canlı şəkildə çıxış edəcək.

Xordad ayının 14-ü, iyunun 3-ü İmam Xomeyninin (r.ə) vəfatının 31-ci ildönümü günüdür.

Teqlər