May 31, 2020 09:12 Asia/Baku
  • Qalibaf:

İran İslam Şurası məclisinin spikeri amerikalı bir qaradərilinin polis tərəfindən öldürülməsinə reaksiyada, ABŞ-ı böyük şeytan və şər mənbəyi adlandırıb.

SaharAzeri xəbər verir ki, İran İslam Şurası məclisinin spikeri Məhəmməd Baqir Qalibaf özünün şəxsi tvitter səhifəsində paylaşdığı statusda  ABŞ polisinin bir qaradərili şəxsin qətlindəki qeyri-insani hərəkətinə işarə edərək, yazıb: "Bir ölkənin ki,  illərdir onun qəddar iqtisadi, siyasi və məhkəmə quruluşu bütün dünyada müharibə, çevriliş, yoxsulluq, ayrı-seçkilik, işgəncə, qardaşı öldürmək və mənəvi pozğunluqları və ölkə daxilində irqçilikç, aclıq, alçaltma və diz ilə boğmanı pompalayır, əgər adı böyük şeytan deyil bəs nədir? ABŞ şər mənbəyidir".

Teqlər