İyun 08, 2020 14:06 Asia/Baku

Amerikalı bir qəzet bir təhlildə, Ağ Evin sanksiyalarının kölgəsində İran tankerlərinin Venesuelaya göndərilməsinə işarə edərək, ABŞ-ın Tehran və Karakasa qarşı maksimum təzyiq siyasənin onları bir-birinə yaxınlaşdırdığını və ABŞ-ı rüsvay etdiyini bildirib.

SaharAzeri "Washington Post"-a istinadən xəbər verir ki, Quaid-19 xəstəliyinin qlobal yayılması ilə eyni zamanda Trumpın komandası fasiləsiz şəkildə İran və Venesuelaya qarşı "maksimum təzyiq" kampaniyaları həyata keçirdi ki, həmin ölkələrin biri və ya hər ikisi iqtisadi təzyiq və koronanın yayılması nəticəsində çöksün.

Ancaq Trump administrasiyasının bu günə qədər həyata keçirdiyi bu siyasətinin ən aydın nəticəsi, Amerikanın çarəsizliyinin üzə çıxarması, və İran ilə Venesuela arasındakı yaxınlaşmanln güclənməsi oldu.

Yazının davamında ABŞ-ın təzyiqlərinə baxmayaraq, İrandan Venesuelaya 60 milyon barrel yanacağın verilməsi və Maduronun Tehrana gələcək səfərinə imkan yaradldığı vutğulanıb.

Washington Post həmçinin yayıb Trump ədministrasiyası cəhd etdi Sanksiyalarla təhdid edərək İran tərəfindən Venesuelaya yanacaq tədarükünü dayandırsın, lakin İranın hər bir hərəkəti kəskin cavablandiracağını bildirməsindən sora, ABŞ İran gəmilərinə müdaxilə etməmək qərarına gəldi.

Amerika qəzetinin yazdığına görə, yanacaq tankerlərinin Venesuelaya müvəffəqiyyətlə çatması, ABŞ-ın təzyiqinə təslim olma əlaməti göstərməyən Tehran və Karakas üçün təbliğat qələbəsi oldu. 

İran və Venesuela arasında daha geniş əməkdaşlıqlar gözlənilir, çünki Maduro yaxın zamanlarda İrana gedəcəyini açıqladı. Eni halda Bundan əvvəl o, Tehranın əsas müttəfiqlərindən olan Tariq əl-İsamini də neft naziri təyin etdi.

 

 

Teqlər