İyun 15, 2020 01:38 Asia/Baku
  •  Zəlzələ Fars vilayətini silkələdi

5.1 bal gücündə zəlzələ Fars vilayətində Beyrəm bölgəsini yenə silkələdi.

 

SaharAzeri xəbər verir, Ölkənin seysmoloji mərkəzi elan etdi: 5,1 bal gücündə zəlzələ, iyunun 14-u Saat 22: 35-də Laristanda yerləşən Beyrəmi silkələdi.

Zəlzələ yerin 16 km dərinliyində baş verib.

Laristan valisi Cəlil Həsəni deyib: Xoşbəxtlikdən, məlumatlara əsasən bu zəlzələ itki və dağıntıya səbəb olmayıb. zəlzələ baş verən ərazilərdə su, elektrik və qaz problemi də mövcud deyil.

24 saatdan az bir müddətdə Farsın cənubunda Xenj, Beyrəm, Lar və Məhmilə şəhərlərində yeddi zəlzələ baş verib.

Beyrəm Fars əyalətində Laristandan 140 km məsafədə yerləşir. Laristan şəhəri 378 km məsafə ilə Şirazin cənubunda yerləşir.

 

Teqlər