İyun 30, 2020 17:40 Asia/Baku
  • İranda təqribən 189 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 189 min COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxmuş iki min 457 yeni xəstə aşkar edilib; onlardan 1435 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 227 min 662 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 147 koronavirus xəstəsi həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 10 min 817 nəfərə çatıbdır.

Teqlər