İyul 14, 2020 08:58 Asia/Baku
  • İranın 104 yeni ixtirası beynəlxalq ofislərdə qeydə alınıb

İran Milli Elit Fondu iranlı ixtiraçıların 104 yeni ixtirasının beynəlxalq ofislərdə qeydə alınmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İran Milli Elit Fondu bildirib ki, ölkənin prezident administrasiyasının elm və texnologiya müavinliyinin himayəsilə iranlı ixtiraçıların 104 yeni ixtirası beynəlxalq ofislərdə qeydə alınıb.

Fond bu ixtiraların beynəlxalq səviyyədə qeydə alınmasını məhsulların beynəlxalq bazarlara daxil olması üçün olduqca mühüm adlandırıb.

İran Milli Elit Fondu həmçinin innovasiyalardan istifadə sahəsində beynəlxalq əmək fəaliyyətləri arasında artmaqda olan rəqabətə işarə ilə söyləyib: Beş mindən çox iranlı startap şirkət öz məhsullarını dünya bazarlarına təqdim etməyə hazırdır.

Teqlər