İyul 27, 2020 21:28 Asia/Baku
  • Amerikanın İranın sərnişin təyyarəsinə təcavüzü bağışlanmaz hərəkətdir

İranın məhkəmə hakimiyyətinin sədri vurğulayıb ki, aviasiya təhlükəsizliyinin hədələnməsi və sərnişin təyyarəsinə təcavüz, beynəlxalq hüquq normalarının biabırçı tərzdə pozulması deməkdir. O, bildiribdir ki, Amerikanın İranın sərnişin təyyarəsinə təcavüzü bağışlanmaz hərəkətdir.

SəhərAzəri xəbər verir, İki Amerika qırıcısının cümə axşamı günü Suriya səmasında İranın Mahan şirkətinin Tehranın İmam Xomeyni adına hava limanından Beyruta uçan 1152 saylı reysinə təcavüzü nəticəsində və sərnişin təyyarəsi pilotunun qırıcılarla toqquşmanın qarşısını almağa çalışmasına görə, bir neçə sərnişin bədən xəsarətinə məruz qaldı.

İranın məhkəmə hakimiyyətinin sədri Seyyed Ebrahim Rəisi bu gün İranın Ali Məhkəmə Şurasının iclasında ölkənin baş prokuroru və öz beynəlxalq məsələlər üzrə müavininə göstəriş verdi ki, amerikanların terror hərəkətini beynəlxalq hüquq təşkilatlarında ciddi şəkildə izləsinlər.

Rəisi vurğulayıb ki, amerikalıların hərəkəti aviasiyaya qarşı təhdid olaraq, bir terror hərəkəti sayılır. O, sonra deyib: Beynəlxalq hüquq sistemi amerikalıların şər işləri qarşısında dayanmalıdır.

Teqlər