Avq 16, 2020 13:53 Asia/Baku
  • Səid Xətibzadə İİR XİN sözçüsü oldu

Səid Xətibzadə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi olub.

Səhər Azəri bildirir ki, bu gün xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə Səid Xətibzadənin İran Xarici İşlər Nazirliyinin İctimai Diplomatiya və Media Mərkəzinin mətbuat katibliyi və informasiya məsələləri üzrə baş direktoru vəzifəsinə təqdimatı və Seyyed Əbbas Mousəvinin bu vəzifədən vidalaşması mərasimi keçirilib.

Xətibzadə bundan əvvəl İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin araşdırma üzrə direktor müavini, həmçinin Almaniya və Kanadada İran diplomatı kimi çalışıbdır.

İran Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Seyyed Əbbas Mousəvi İranın Azərbaycan Respublikasındakı səfiri kimi təqdim edilibdir.

Teqlər