Avq 23, 2020 14:34 Asia/Baku
  • Ölkə iqtisadiyyatı heç bir vəchlə xarici hadisələrə bağlanmamalıdır

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, ölkə üçün iqtisadi proqramlaşdırma sanksiyaların ləğvini və ya filan ölkənin seçkilərinin nəticəsini gözləməməlidir. O həzrət vurğulayıblar: Ölkə iqtisadiyyatı heç bir vəchlə xarici hadisələrə bağlanmamalıdır, zira bu, strateji bir səhvdir.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər dövlət həftəsi münasibətilə ölkə prezidenti və İranın nazirlər kabinetinin üzvlərilə videoəlaqədə söyləyiblər: Belə nəzərdə tutmaq lazımdır ki, sanksiyalar misal üçün, daha on il davam edəcək. Buna görə, daxili qabiliyyət və imkanlar üzərində təmərküzləşmək lazımdır və ölkənin iqtisadi məsələləri xarici hadisələrə görə, təxirə salınmamalıdır.

İslam İnqilabının Böyük Rəhbəri sonra ölkənin bütün rəsmiləri və məsul şəxslərinə xitabən belə qeyd ediblər: İslami quruluşda xidmət göstərmək ikiqat dəyərə malikdir ki, onun qədrini bilməlisiniz, zira İslam Respublikasında xidmət göstərmək, cəmiyyətin idarə olunması və cəmiyyətin qurulması üçün İslam meyarından bir təqdimata köməkdir. Buna görə, ikiqat əhəmiyyətə malikdir.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin müxtəlif insan cərəyanlarının cəmiyyətin idarə olunması sahəsindəki uğursuzluqlarına işarə edərək, Amerikanı doğrudan da məğlub olmuş bir meyar kimi qeyd edib və belə söyləyiblər: Sağlamlıq, ədalət və təhlükəsizlik kimi insani dəyərlər hər yerdən daha çox Amerikada tapdanır.

O həzrət sonra vurğulayıblar: Bundan əlavə, daxili və idarəçilik problemləri, qətl, militarizm və əmin-amansızlığın yaradılması bu gün Suriya, Fələstin və Yəməndə, keçmişdə də İraq, Əfqanıstan və Vyetnam və Xirosima kimi bölgələrdə amerikalıların rəvac tapmış işlərindəndir.

İslam İnqilabının Böyük Rəhbəri Amerikanın təhqir olmasına səbəb olan şəxslərin bu ölkənin başında durmalarını qərbyönlülərin tənəzzül etməkdə olan utopiyalarının və insani meyarların məğlubiyyətinin digər bir nişanəsi adlandırıb və belə deyiblər: İslamın cəmiyyətin qurulması və quruluşun yaradılması üzrə müstəqil meyarı «iman, elm və ədalət» kimi üç əsasa söykənir.

Həzrət Ayətullahuluzma Xamenei öz çıxışlarının yekun hissəsində Əmirəlmöminin Əli(ə)-ın «Əgər möminlər bir-birilərinə kömək etməkdən əl çəkərlərsə, məğlub olarlar» cümləsinə işarə edərək, vurğulayıblar: Bu, bəşəriyyət üçün və bütün möminlər üçün bir dərsdir və bu gün düşmənin daim plan cızmaqda olduğu zamanda onun qarşısında plan və proqrama malik olmaq lazımdır.

Teqlər