Avq 26, 2020 01:45 Asia/Baku
  • İran, Rusiya və Türkiyə sionist rejimin Suriyaya hücumlarını pisləyir

İran, Rusiya və Türkiyə nümayəndələri sionist rejimin Suriyaya hücumlarını, həmçinin ABŞ şirkətinin Suriya kürdləri ilə neft razılaşmasını pisləyib. Rusiya, İran və Türkiyə nümayəndələri Cenevrədəki görüşdən sonra ortaq bir bəyanatla, uzun müddət davam edən və beynəlxalq hüququn təməllərini, bu ölkənin və qonşuların suverenliyini pozan sionist rejimin Suriyaya hücumlarını qınayıb.

SəhərAzəri Parstoday-ə istinadla xəbər verir, İran, Rusiya və Türkiyə Suriyanın neftindən qazancın həmin ölkənin xalqına məxsus olduğunu vurğulayıb və ABŞ şirkətləri tərəfindən Suriyanın neft mənbələrinin qanunsuz olaraq ələ keçirilməsini pisləyib. Üç ölkənin nümayəndələri, terrorun bütün təzahürlərinə və separatçı tələblərə qarşı mübarizənin davam etdirilməli olduğunu izah edib. İran, Rusiya və Türkiyə İŞİD, Əl-Nusra və Əl-Qaidə də daxil olmaqla terrorçu qrupların tamamilə məhv edilməsi məqsədi ilə əməkdaşlığın davam etdirildiyini vurğuladı.

Teqlər