Avq 30, 2020 08:04 Asia/Baku
  • Hüseyn(ə) Aşurası axşamında əzadarlıq mərasimi

Hüseyn(ə) Aşurası axşamında İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(rə) hüseyniyəsində əzadarlıq mərasimi keçirilib.

Səhər Azəri bildirir ki, İnqilab Rəhbərinin iştirakı ilə İmam Xomeyni(rə) hüseyniyəsində Aşura axşamına özəl əzadarlıq mərasimi keçirilib.

Bu mərasimdə çıxış edən höccətülislam Ali "fərdi səbr" və "ictimai səbr"i Quran-Kərimin 2 önəmli tövsiyələrindən adlandırıb: "Fərdi səbr şəriət hökmlərinə əməl etməkdən ibarətdir. İctimai səbr isə problemlər ilə üzləşdikdə möminlərin birgə əməkdaşlığıdır.Bu problemlərdən və çətinliklərdən xilas olmağın yolu isə ehtiyaclı insanlara yardım etmək, onlarda gələcəyə ümid yaratmaq və inkişafa doğru hərəkət etməkdir."

Mərasimin davamında höccətülislam Vazehi Aşura hadisəsinə dair rəvayətlər nəql edib.

Teqlər