Sen 08, 2020 17:52 Asia/Baku
  • Ruhani İran və Türkiyənin həmkarlıqları gücləndirmələrini vurğulayıb

İran prezidenti deyib ki, düşmənlərin fitnələrinə qalib gəlmək üçün İran və Türkiyənin həmkarlıqları gücləndirməkdən savayı yolu yoxdur.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün koronavirus pandemiyasına görə, videokonfrans formasında Tehranda keçirilən İran və Türkiyənin Strateji Əlaqələr üzrə Ali Şurasının 6-cı iclasında Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla söhbətdə deyib: İki ölkə əlaqələri daima dinc yanaşı yaşamaya, qarşılıqlı hörmət və müştərək mədəni dəyərlərə, həmçinin regionda sülh, təhlükəsizlik, sabitlik və birgə maraqlara diqqətin yetirilməsinə əsaslanıbdır.

Ruhani sonra söyləyib: İran-Türkiyə sərhədləri daima sülh və dostluq sərhədləri olub və xüsusən son illərdə iki dövlətin səyləri beynəlxalq və regional əməkdaşlıqlar və ikitərəfli əlaqələrin genişləndirilməsinə əsaslanıbdır.

Rəcəb Tayyıb Ərdoğan da bu virtual iclasda İran və Türkiyənin Strateji Əlaqələr üzrə Ali Şurasının iclaslarını iki ölkə arasında dostluq simvollarından biri adlandırıb. Deyib ki, öncəki iclaslarda və bu günədək, bu şura çərçivəsində əlaqə və əməkdaşlıqların genişləndirilməsi üçün son dərəcə mühüm qərarlar çıxarılıbdır.

Teqlər