Sen 08, 2020 18:45 Asia/Baku
  • Nətənz nüvə təsisatları inkişaf etdiriləcək

İranın Atom Enerjisi Təşkilatının sədri bildirib ki, Nətənz nüvə təsisatları inkişaf etdiriləcək.

SəhərAzəri xəbər verir, İranın Atom Enerjisi Təşkilatının sədri Nətənz nüvə təsisatlarında partlayış kimi təxribatçı və xəbiscəsinə hərəkətə işarə ilə deyib ki, bu kompleksdə daha modern və daha əhatəli salonun inşasına başlanıbdır.

İranın mərkəzində yerləşən Nətənz Zənginləşdirmə sexlərindən biri iyulun ikisində qəzaya uğradı.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclası kənarında Nətənz nüvə təsisatlarının inkişaf etdirilməsi üzrə lazımi tədbirlərə işarə ilə söyləyib: İranın Atom Enerjisi Təşkilatı Nətənz Zənginləşdirmə Kompleksinin qəzaya uğramasından sonra öncə avadanlıqların təmin edilməsi və modern sentrifuqaların istehsalı üzrə ilkin istifadəyəvermə istiqamətində addım atdı.

Salehi bildirib ki, İranın Atom Enerjisi Təşkilatı növbəti mərhələdə uzunmüddətli addım atacaqdır. O, qeyd edib ki, Nətənz nüvə təsisatlarındakı təxribat amilləri aşkar edilib və bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası fikir bildirəcəkdir.

Teqlər