Sen 09, 2020 14:20 Asia/Baku
  • İran xalqı fransız nəşrin hörmətsiz hərəkətinə cavab verəcək

İran xalqı fransız jurnalın Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyinə reaksiyada sabah ölkə boyu etiraz aksiyası keçirəcək.

SəhərAzəri xəbər verir ki, Fransız «Charlie Hebdo» nəşri son zamanlar həyasızcasına bir hərəkətdə əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz və qalmaqallı karikaturaları bir daha dərc edibdir.

İran İslami Təbliğat Təşkilatının Koordinasiya Şurasının sədr müavini Nosrətollah Lotfi bu gün belə deyib: İslam İnqilabının Böyük Rəhbərinin Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi pisləyən müraciətinin yayılmasından sonra müxtəlif qruplar etiraz aksiyaları və yürüşlər keçirməyə öz hazırlıqlarını elan etdilər və qərara alındı ki, sabah, cümə axşamı günü ölkə səviyyəsində Amerikanın və sionist rejimin rədd olunması istiqamətində aksiyalar keçirilsin.

Lotfi belə bir halda bildirib ki, İran xalqının aksiyaları sosial məsafəyə riayətlə keçiriləcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü bir müraciətdə fransız nəşrin Böyük İslam Peyğəmbəri(s.ə.s)-in nurlu və pak simasına hörmətsizlik etməsini pisləyərək, bildirdilər ki, sionistlərin və zalım hökumətlərin tamamilə anti-İslam siyasətləri, vaxtaşırı özünü göstərən bu kimi düşməncəsinə hərəkətlərin amilidir.

Həzrət Ayətullahuluzma Xamenei sonra vurğuladılar: Bu hərəkət hazırkı zaman kəsiyində Amerikanın və sionist rejimin Qərbi Asiya üçün nəzərdə tutduqları «bu bölgə xalqları və hökumətlərinin zehinlərini nəhs planlardan yayındırmaq» planı üzrə stimula da çevrilə bilər.

İslam İnqilabının Böyük Rəhbəri vurğuladılar: Müsəlman xalqlar, xüsusən Qərbi Asiya ölkələrinin xalqları bu həssas bölgənin məsələlərində sayıqlığı qorumaqla/ qərbli siyasətçilər və hökmranların İslama və müsəlmanlara qarşı düşmənçiliklərini unutmamalıdırlar.

Teqlər