Sen 10, 2020 22:23 Asia/Baku
  • İran və İraqın Səhiyyə Nazirliklərinin birgə komitəsinin yaradılması müzakirə edilib

İran və İraqın səhiyyə nazirləri Ərbəin mərasiminin ən möhtəşəm şəkildə uzaqdan keçirilməsi üçün birgə komitənin yaradılması vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir, 1442-ci heicri qəməri ili Səfər ayının 20-i, 2020-ci miladi ili oktyabrın 8-i Həzrət İmam Hüseyn (ə) və onun vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid edilməsinin 40-cı günüdür.

Bu gün İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki ilə İraqın səhiyyə naziri Həsən Əl-Təmimi arasında  telefon danışığı baş tutub. Telefon söhbəti zamanı Səid Nəməki COVİD-19 infeksiyasının yayılması və səhiyyə protokollarına riayət edilməsinin vacibliyinə toxunaraq, xatırladıb: "Müsəlmanlar İmam Hüseyn (ə) Ərbəinin əzadarlıq mərasimlərini uzaqdan əzəmətli şəkildə keçirməklə bütün dünyaya həm o həzrətə olan sevqilərini, həmdə insanların və Əba Əbdillahil Hüseyn aşiqlərinin sağlamlığının onlar üçün əhəmiyyətli olduğunu sübut edəcəklər".

Nəməki, həmçinin koronavirus xəstəliyinə son qoymaq üçünTehran-Bağdad əlaqələrinin genişləndirilməsi zəruriliyini vurğulayaraq, yaxın gələcəkdə bu mənhus virusun məhv edilməsi ilə müslmanların yenidən müqəddəs məkanları ziyarət edə biləcəyinə ümidvarlıq ifadə edib.

İraqın səhiyyə naziri də İranda koronavirus xəstələrinin və bu virusdan ölüm hallarının azalmasından məmnunluq ifadə edərək, deyib: "Bağdad koronavirusu idarə etmək üçün davamlı şəkildə Tehranın təcrübələrindən faydalanır".

Əl-Təmimi orta hesabla İraqda gündəlik 4 min nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu bəyan edərək, xatırladıb: "İraq xalqı hər il İmam Hüseyn (ə) Ərbəyinində milyonlarla iranlı zəvvara və bütün dünyadan olan İmam Hüseyn aşiqlərinə ev sahibliyi edirdi, Lakin COVİD-19 xəstəliyinin həssaslığını nəzərə alaraq, bu sahədə bir sıra problemlər yaranıbdır".

İraqın səhiyyə naziri zəvvarları məsafədən Ərbəin mərasimini keçirmək üçün maarifləndirməyin vacibliyini bəyan edərək, İran İslam Respublikasının səhiyyə nazirinə İraqa göstərdiyi dəstəyə görə, minnətdarlığını bildirib. 

Teqlər