Sen 11, 2020 13:18 Asia/Baku
  • İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizlik bir daha pislənilib

İran xalqının müxtəlif təbəqələri və İslam Dünyasının Quran və mədəniyyət fəalları fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyini pisləyiblər.

SəhərAzəri xəbər verir, İranın dini elmlər hövzəsinin rəisi dünən gecə Məşhəd şəhərində Həzrət İmam Rza(ə)-ın ziyarət kompleksində yerləşən Qohərşad məscidində təşkil olunan bu etiraz aksiyasında deyib: Bəşəriyyət insani və ağıl məntiqinə əsasən, böyük və nurlu simalar qarşısında borcludur. Biz də İslam və ağıl məntiqinə əsasən, din, mərifət, elm təzahürlərinə, əxlaq və ədəbə dəyər veririk.

Ayətullah Ərafi sonra belə söyləyib: Orta əsrlərdən və İslamın hakimiyyəti dövründən bəri Qərbin tarixi və onun mütəfəkkirlərinin şərhləri göstərir ki, onların insaflı şəxsiyyətləri Böyük İslam Peyğəmbəri(s.ə.s)-in və Quranın insan sivilizasiyasında, həmçinin elm və bilik karvanını hərəkətə gətirmək sahəsindəki rollarını təsirli adlandırıblar.

İranın dini elmlər hövzəsinin rəisi sonra söyləyib: Onlar koronavirus, irqi ayrı-seçkilik və işğalçılıq qarşısındakı zəifliklərini ört-basdır etmək istəyirlər. Bu çirkin hərəkətlə yanaşı, sionist rejimlə münasibətlərin adiləşdirilməsi macərası qarşıya çıxıb. Əmin olun ki, bu hərəkətlər uğursuz qalacaqlar və müqavimət mehvəri daha da güclənəcək və daha sıx formaya düşəcəkdir.

Dini tələbələr, müəllimlər, universitet tələbələri və Qum şəhəri əhalisinin müxtəlif təbəqələrindən bir qrupu da bu gün Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahında olaraq, Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə və Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyibdir.

2015-ci ildə İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizlik edən fransız «Charlie Hebdo» nəşri cari il sentyabrın birində əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz karikaturaları bir daha dərc etdi ki, dünya müsəlmanları fransız nəşrin bu hərəkətini pislədilər.

Teqlər