Sen 11, 2020 17:47 Asia/Baku
  • İİR Ordusu «Nəsr» tipli qanadlı raket buraxıb

İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının dəniz bölməsi «Nəsr» tipli qanadlı raketdən istifadə ilə dənizdəki suüstü hədəfləri məhv edib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun «Zülfüqar-99» birgə hərbi təlimlərinin sözçüsü kontr-admiral Şəhram İrani bu gün deyib ki, bu təlimlərin əsas etaplarının keçirilməsinin davamında ordunun dəniz qoşunlarının suüstü dəniz bölmələri raket atışı ilə dənizdəki suüstü hədəfləri nişan alıblar.

Kontr-admiral İrani sonra söyləyib: Hərbi təlimlərin bu mərhələsində «Nəcm» raketatan hərbi gəmisi «Nəsr» tipli qanadlı raketi ataraq, dənizdə təyin olunmuş suüstü hədəfi məhv edibdir.

Həmçinin bu gün səhər İran İslam Respublikası Ordusunun «Zülfüqar-99» birgə hərbi təlimlərinin əsas mərhələlərində yer-dəniz tipli «Qadir» qanadlı raketi uğurla suüstü hədəflərə tərəf atılıb.

Üç gün davam edəcək «Zülfüqar-99» hərbi təlimləri İran İslam Respublikası Ordusunun quru qoşunları, hava qoşunları, hava hücumundan müdafiə qüvvələri və dəniz qoşunlarından olan bölmələrin iştirakı ilə Hörmüz boğazının şərq suları, Məkran sahilləri, Oman dənizi və Hind okeanının şimalının daxil olduqları hüdudlarda- on dərəcə şimal orbitinə qədər uzanan iki milyon kvadrat-kilometrlik bir bölgədə keçirilir.

Teqlər