Sen 14, 2020 14:39 Asia/Baku
  • İran ən modern peykinin sınaq əməliyyatı başa çatıb

"Pars-1" peyki üzərində aparılan bütün sınaqlar uğurlu olub.

Səhər Azəri bildirir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi məlumat verib.

Məhəmməd Cavad Azəri Cəhromi bu gün Tehranda keçirilən "Milli İnformasiya Şəbəkəsinin qabaqcıl təchizatlarının mənimsənilməsi" sərgisi çərçivəsində texnologiya sahəsinin nailiyyətlərinin təqdimat mərasimində deyib: "Pars-1" peyki indiyədək ölkədə istehsal edilən ən qabaqcıl peykdir və İran Kosmik Tədqiqatlar İnstitutunun sədrinin sözlərinə görə, bu peykin son sınaq və təhvil vermə prosesi sona çatıbdır".

"Pars-1" peykinin gələn həftə İranın Kosmonavtika Agentliyinə təhvil veriləcəyini bidirən Azəri Cəhromi xatırladıb: "Bundan sonra İranın Kosmik Tədqiqatlar İnstitutunun tədqiqatçıları bütün diqqətlərini "Nahid-2" telekommunikasiya peykinin düzəldilməsinə yönəldəcəklər".

"Pars-1" müşahidə peyki  İranın Kosmik Tədqiqatlar İnstitutunun əsas layihələrindən biridir. Gecə görmə sistemi ilə təchiz edilən bu peyk, gecənin qaranlığında fotoşəkil çəkmək imkanına malik olan  şəkil çəkən peyklər sinifinə aiddir.

Teqlər