Sen 15, 2020 11:37 Asia/Baku
  • Sərdar Soleimaninin namərdcəsinə  şəhid edilməsinin qiyməti, Amerikanın hansısa uğursuz bir  səfirindən qat-qat yüksəkdir.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, şəhid sərdar Qasim Süleymaninin namərdcəsinə terror edilməsinə və ABŞ-ın, generalın intiqamı ilə bağlı yeni iddialarına cavab verib.

SəhərAzəri xəbər verir, İranın Azərbaycandakı səfiri rəsmi twıtter səhifəsində ABŞ-ın yeni iddialarına münasibət bildirib.
“Sərdar Qasim Süleymaninin intiqamı olaraq ABŞ-ın Cənubi-Afrikadakı səfirinin öldürüləcəyi” iddiasına cavab verən diplomat bildirib ki, “dünya müstəvisində terrora qarşı mübarizə öncülü və qəhrəmanı olan şəhid sərdar Qasim Süleymani dünyanın hansısa bir küncündə olan ABŞ-ın bədbəxt səfirindən qat qat üstündür.”
Seyid Abbas Musəvi yazıb:
“ABŞ-ın Cənubi Afrikadakı səfirinin yerinə olsam əlçatan kanallardan məlumat əldə etməyə çalışaram ki, niyə ABŞ hökuməti belə naşı fikirlərlə onu aradan götürmək fikrinə düşüb?!”

Teqlər