Sen 16, 2020 13:52 Asia/Baku
  • Amerikanın tətik mexanizmini fəallaşdırmaq cəhdi faydasızdır

İran prezidenti Amerikanın tətik mexanizmini fəallaşdırmaq cəhdini faydasız adlandırıb.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün İranın nazirlər kabinetinin iclasında Amerikanın tətik mexanizmini fəallaşdırmaq üzrə səylərinə toxunaraq, belə söyləyib: Tətik mexanizmi nüvə anlaşmasına üzv ölkələr üçündür. Nüvə anlaşmasını Amerika tarixində ən pis anlaşma adlandıraraq, xaincəsinə bu beynəlxalq analşmadan çıxan bir ölkənin tətik haqqı mexanizmi barədə fikir bildirməyə səlahiyyəti çatmır.

Ruhani həmçinin əmirliklər və Bəhreynin sionist rejimlə əlaqələrinin bərpasına işarə ilə deyib: Təəssüflə, regiondakı bəzi ərəb ölkələrinin hökmranları Fələstin xalqının amalına sadiq deyillər.

İran prezidenti xəbərdarlıq edib ki, sionist rejimlə əlaqələrin bərpasının bütün ağır nəticələri regionun qaydaları və təhlükəsizliyinə zidd gedərək, sionist rejimlə münasibət quran ölkələrin üzərinə düşür.

Teqlər