Sen 18, 2020 19:58 Asia/Baku
  • İranda 355 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi ölkədə 355 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda üç min 49 yeni COVID-19 xəstəsi aşkar edilib. 1,593 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 416 min 198 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 144 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 23 min 952 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 355 min 505 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdı.

Teqlər