Sen 19, 2020 11:01 Asia/Baku
  • İran XİN:

"Əsrin Anlaşması" daxil olmaqla Fələstin xalqının iradəsini nəzərə almayan istənilən həll yolu qəbuledilməzdir.

Səhər Azəri bildirir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyan edib. 

İran XİN-i cümə günü Səbra və Şətila soyqırımının ildönümü münasibətilə Tvitter-də yazıb: Səbra və Şətila soyqırımı "Müsibət Günü"n nəticəsi idi və "Əsrin Anlaşması" da ikinci "Müsibət Günü" olaraq Fələstin torpaqlarının işğalını əbədiləşdirmək məqsədi daşıyır. 

Sionist rejim hərbçiləri 1982-ci ilin 16-18 sentyabrında Livanda yerləşən Səbra və Şətila qaçqın düşərgələrində minlərlə fələstinlini qırğın etdilər. 

O zaman sionist İsrail rejiminin müharibə naziri olan Ariyel Şaron Livanın işğal edilmiş ərazilərində sionist rejim ordusuna komandanlıq edən şəxs kimi bu soyqırımında başlıca rol oyanmışdır. 

Səbra və Şətila sakinlərinə qarşı 3 gün davam edən qırğın əməliyyatında 5000-ə yaxın insan o cümlədən qadın və uşaq qətlə yetirilmişdi. 

"Müsibət Günü" yüz minlərlə fələstinlinin öz torpaqlarından sürgün edilməsinin ardınca 14 may 1948-ci ildə cinayətkar İsrail rejiminin varlığının elan edilməsindən bir gün sonraya təsadüf edir və Fələstin üçün ən acı gün sayılır. 

Teqlər