Sen 19, 2020 14:53 Asia/Baku
  • İranda 357 mindən çox xəstə koronavirusdan sağalıb

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 357 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.

Səhər Azəri bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 2 min 845 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.

Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 419 min 43 nəfərə çatıb. Son sutkada 166 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 24 min 118 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 357 min 632 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.

Teqlər