Sen 20, 2020 16:11 Asia/Baku
  • Cozef Borel: Nüvə anlaşması çərçivəsində sanksiyaların ləğvi davam edəcək

"ABŞ nüvə anlaşmasının üzvü deyil və nüvə anlaşması çərçivəsində İrana qarşı sanksiyaların ləğvi qüvvədə saxlanılacaq"

Səhər Azəri bildirir ki, bunu Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib. 

Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ABŞ-ın BMT-nin İran əleyhinə sanksiyalarını bərpa etmək üzrə səylərini rədd edərək, deyib: ABŞ nüvə anlaşmasının üzvü deyil və nüvə anlaşması çərçivəsində sanksiyaların ləğvi qüvvədə saxlanılacaq."

Avropa Birliyinin rəsmi internet səhifəsində yer alan məlumata əsasən Cozef Borel bir bəyanat yayaraq, bildirib: " Mən Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən İran əleyhinə sanksiyaların geri dönüşünün mümkün olmasına dair ABŞ-ın 19 sentyabr tarixli bəyanatından xəbərdaram. 20 avqust tarixli bəyanatımda və Nüvə Anlaşması üzrə Müştərək Komissiyanın rəyasət heyətinin bu komissiyanın 1 sentyabr tarixində baş tutan iclasının ardınca verdiyi bəyanatda da qeyd olunduğu kimi Birləşmiş Ştatlar bu ölkə prezidentinin fərmanı əsasında və birtərəfli qaydada 8 may 2018-ci il tarixində nüvə anlaşmasındakı iştirakını dayandırdı və bundan sonra nüvə anlaşmasına dair heç bir fəaliyyətdə iştirak etmədi. Buna görə də bu ölkəni nüvə anlaşmasında iştirak edən ölkə hesab etmək olmaz. Və bu ölkə Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə istinadla BMT-nin İran əleyhinə ləğv edilmiş sanksiyalarını geri qaytara bilməz. Nəticə etibarı ilə nüvə anlaşmasında qeyd olunan öhdəliklər müqabilində sanksiyaların ləğvi qüvvədə saxlanılacaq.

Mən nüvə anlaşması üzrə Müştərək Komissiyanın kordinatoru olaraq nüvə anlaşmasının bütün üzv ölkələr tərəfindən icrasına zəmanət verəcək işlərin həyata keçirilməsinə çalışacağam. Nüvə anlaşması nüvə silahlarının yayılmasını önləyən mexanizmin ana sütunu, region və dünya təhlükəsizliyinə zəmanət verən amil və İranın bütün nüvə proqramını əhatə edən hərtərəfli bir anlaşmadır. Mən bütün tərəflərdən bu anlaşmanı qorumaq üçün var gücləri ilə səy göstərmələrini və gərginliyə səbəb olacaq istənilən addımdan çəkinmələrini istəyirəm."

Teqlər