Sen 23, 2020 13:43 Asia/Baku
  • Təxt Rəvançi: Trampın sözləri daha çox təbliğat xarakterli idi

"Trampın sözləri ümumilikdə təkrar xarakteri daşıyırdı və daxili auditoriya üçün nəzərdə tutulmuşdu"

Səhər Azəri bildirir ki, bu sözləri İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxt Rəvançi ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasının 75-ci sesiyasında etdiyi çıxışa münasibət bildirərəkən deyib. 

Məcid Təxt Rəvançi ABŞ prezidentinin sözlərinə reaksiya olaraq deyib: Ümumilikdə Trampın sözləri təkrar xarakter daşıyırdı və yeni heç bir şey yox idi. Və Amerikanın hazırda prezident seçkiləri ərəfəsində olduğunu nəzərə alsaq, Trampın sözləri daha çox seçicilərin diqqətini cəlb etmək məqsədilə daxili auditoriyanı müxatəb qərar vermişdi.

İranın BMT-dəki səfiri əlavə edib: Bizim üçün önəmli olan ABŞ-ın beynəlxalq öhdəlilərə əməl etməsidir. Kimin prezident olub-olmayacağına dair qərar isə bu ölkə xalqına aid olan məsələdir. 

İran prezidenti Həsən Ruhani də öz çıxışında ABŞ-ın daxili məsələləri və seçkiləri ilə bağlı İran üzərindən manipulyasiya edilməsini yolverilməz adlandırıb və deyib: Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ABŞ hökuməti sonda İran xalqının iradəsinə təslim olacaq.  

Teqlər