Sen 23, 2020 17:13 Asia/Baku
  • General Fədəvi: Amerikalılar növbəti dəfə səhvə yol versələr, ağılasığmaz qüdrət ilə üzləşəcəklər

"Amerikalıların İran əleyhinə cəhdləri öz məğlubiyyətləri ilə nəticələnəcək"

Səhər Azəri bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi general Əli Fədəvi Əl-Məyadin kanalına müsahibədə deyib. 

Əli Fədəvi ABŞ-ın İran əleyhinə koalisiya yaratmaq cəhdinə münasibət bildirərkən bunun yeni bir məsələ olmadığını deyib: Amerikalılar heç vaxt İran əleyhinə koalisiya yaratmağa nail olmayıb və olmayacaq.

Sepah-ın baş komandan əvəzi əlavə edib: Əgər amerikalılar növbəti dəfə səhvə yol versələr, ağılasığmaz qüdrət ilə üzləşəcəklər.

Ə.Fədəvi ABŞ-ın İrana qarşı silah sanksiyasına dair səylərini də uğursuz cəhd adlandırıb. 

Teqlər