Sen 27, 2020 17:17 Asia/Baku
  • Bu gün Əfqanıstan bazarı İranlı startap şirkətlərinin məhsullarına ehtiyac duyur

70 iranlı startap şirkəti Kabildə keçirilən ilk İran-Əfqanıstan ixtisaslaşdırılmış sərgisində iştirakla özünün su, elektrik və rabitə sahələrindəki son məhsullarını nümayiş etdirir. Bu məhsullar əfqan iş adamları və investorları tərəfindən rəğbətlə qarşılanıb.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Kabildə keçirilən sərgisində nümayiş etdirilən bu aparat İranın startap şirkətlərindən birinin nailiyyətidir. Bu cihaz fiber optika ötürməsi həcmini bir neçə dəfə artırır.

m.k- Gördüyünüz məhsullar iranlı gənclər tərəfindən müxtəlif versiyalarda düzəldilmiş fiber optika üçün nəzərdə tutulan modern rabitə ötürmə sistemlərindən biridir.

m.k- Şəbəkədə səs və təsvir göndərmə və qəbuletmə məhsullarındandır. Çox az enerji istehlak edir və batareya ilə işləyə bilər.Bu şirkətlərin məhsulları bu gün Əfqanıstanın ehtiyac duyduğu məhsullardır.

İranın su və elektrik mallarının istehsalı və təchizatı idarəetmə şirkətinin icraçı müdiri bu sərgidə deyib: Bu gün İranın su və elektrik məhsulları xarici məhsullarla rəqabət qabiliyyətinə malikdirlər.

m.k- Biz su və elektrik sahəsində iqtisadi müstəqilliyə çatmışıq. Ölkə daxilində istehsal olunmayan miqdar da ya iqtisadi, ya da ki, texniki cəhətdən sərfəli deyil.

İranın Kabildəki ixtisaslaşdırılmış sərgisinin keçirilməsinin məqsədlərindən biri, Əfqanıstana əmtəə mal ixracatı etapından keçmək və texniki-mühəndislik xidmətlərinin ixracı meydanına daxil olmaq olubdur.

m.k- Biz burada bir əfqan şirkətlə həmkarlıq üzrə anlaşma sənədi imzalaya bildik. Bu anlaşma sənədinə əsasən, biz Əfqanıstanın 1500 nöqtəsində VSAT üzərində PUBLIC WIFI şəbəkəsini işə sala bilərik.

Əfqanıstan rabitə nazirliyinin başçısı bu sərgidə rabitə sahəsində İran məhsulları ilə tanış oldu.

m.q- Çox şadıq ki, bizimlə qonşu ölkə olan İran rabitə, informasiya və texnologiya sektorlarında çox yaxşı məhsullar təqdim ediblər. Zənnimcə, İran ilə Əfqanıstan arasında yeni həmkarlıq qapıları açılacaq.

Bu sərgi İran İslam Respublikasının su, elektrik və rabitə sahələrinə Əfqanıstandakı ilk sərgisidir və üç gün müddətinə Kabildə keçirilir. Əfqanıstanın ötən onilliklərdə malik olduğu çox sayda problemlərə görə, bir çox iranlı şirkət bu sərgidə Əfqanıstan bazarını özünün xüsusən texnologiya sahəsində iştirakı üçün işlənməmiş təmiz bir bazar hesab edir.

Teqlər