Sen 27, 2020 19:56 Asia/Baku
  • İran Azərbaycanla Ermənistan arasında atəşkəsin yaradılmasına kömək etməyə hazır olduğunu bildirib 

Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü, Azərbaycan Respublikası və Ermənistan arasında atəşkəsı bərpa etməyə və münaqişə tərəfləri arasında danışıqlara başlamaq üçün İranın bütün imkanlarını istifadə etməyə hazır olduğunu bildirıb.

SəhərAzəri xəbər verir, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən hərbi toqquşmalarla əlaqədar olaraq deyib: İran İslam Respublikası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı hərbi qarşıdurmaları narahatlıqla və diqqətlə izləyir, və tərəfləri təmkinli olmağa çağırır və münaqişəyə dərhal son qoyulmasını və iki ölkə arasında danışıqların başlamasını tələb edir. 
Xarici İşlər Nazirliyinin sözçüsü, atəşkəs yaratmaq və iki tərəf arasında danışıqlara başlamaq üçün bütün imkanlarını istifadə etməyə ölkəmizin hazır olduğunu da açıqladı.

Teqlər